“Sabah”ın oyunu var

Bu gün Azərbaycan təmsilçisi “Sabah” Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada “KuPS”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyun İctimai TV vasitəsi ilə canlı yayımlanacaq. Bu komandalar arasında ilk oyun “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək. 19:00. “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail) VAR: Daniel Bar Natan