Magistraturaya qəbulun nəticələri nə zaman açıqlanacaq?

"Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir". Milli.Az istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)