Bu kubokdan təkcə "Fənərbağça"da var - (Video)

"Fənərbağça" klubunun muzeyində nümayiş etdirilən və futbol tarixinin ən maraqlı mükafatlarından biri hesab olunan Eva Peron Kuboku yenidən diqqət mərkəzinə düşüb. Milli.Az-ın məlumatına görə, Argentinanın məşhur birinci xanımı Eva Peronun adını daşıyan bu kubok uzun illərdir "Fənərbağça" muzeyinin ən dəyərli eksponatları sırasında yer alır. Futbolsevərlər arasında kubokun hansı şəraitdə qazanıldığı və niyə məhz Eva Peronun adını daşıdığı ilə bağlı maraq yenidən artıb. Tarixi mükafatın hekayəsi sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb. Qeyd edək ki, sözügedən kubok "Fənərbağça"nın muzeyində saxlanılır və klubun tarixində xüsusi yer tutan nadir futbol mükafatlarından biri hesab olunur. Kubokun yaranma tarixi və "Fənərbağça"ya necə təqdim olunması ilə bağlı ətraflı məlumat isə videomaterialda təqdim olunub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)