Zaqatalada 8 nəfərin zəhərləndiyi dönərxana bağlandı — Fotolar-Yenilənib

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9  kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar”. *** Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) saytımıza zəhərlənmə şübhəsi olan obyektin fəaliyyəti məhdudlaşdırılıb. “29 iyulda Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən “Real” kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub. Agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, “Real” kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək”, - məlumatda qeyd edilib.