Əhməd Davudoğlu siyasətdən getdi
Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Ə.Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib. Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub. 2016-cı ildə postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis etmişdi.

Şərh verin