Daxili dövlət borcu azalıb
2026-cı il 1 iyul tarixinə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon manat v əya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib. Maliyyə Nazirliyinin məlumatına əsasən, daxili dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat və ya 10,2 faiz azalıb. 2026-cı il 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalıb. 2026-cı il 1 iyul tarixinə daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin