Yevlaxda 16 yaşlı qız qida zəhərlənməsindən öldü
Yevlax rayonunda 16 yaşlı yeniyetmə qida zəhərlənməsindən ölüb. Milli.Az Report -a istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin