Litvalı jurnalist Şuşa həbsxanasında yaşanan dəhşətlərdən danışdı - AnewZ reportajı - (Video)
AnewZ telekanalı Ermənistanın işğalı dövründə azərbaycanlı əsirlərin saxlanıldığı Şuşa həbsxanası haqqında xüsusi reportaj hazırlayıb. Milli.Az xəbər verir ki, reportajda litvalı hərbi jurnalist Riçardas Lapaytis Şuşa həbsxanasına baş çəkərək burada illər əvvəl baş vermiş hadisələri araşdırıb. O, həbsxananın kameralarını, cərimə təcridxanalarını və məhbusların "divardakı tabut" adlandırdıqları dar məkanı nümayiş etdirib. Jurnalist reportaj zamanı Şuşa həbsxanasında saxlanılmış azərbaycanlı hərbi əsirlərin ifadələrinə də yer verib. Onların sözlərinə görə, həbsxanada işgəncələr, aclıq və psixoloji təzyiqlər tətbiq olunub. Riçardas Lapaytis bildirib ki, həbsxananın divarları bu gün də burada ağır işgəncələrə məruz qalmış insanların yaşadıqlarını xatırladır. Qeyd edək ki, reportaj AnewZ telekanalı tərəfindən hazırlanıb və Şuşa həbsxanasının işğal dövründə azərbaycanlı əsirlərin saxlanıldığı məkan kimi tarixini əks etdirir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin