Avropanın ən böyük “Məryəm Ana”sı — Fotolar

İyulun 29-da Polşanın Torun şəhəri yaxınlığındakı Konotopye kəndində Avropanın ən böyük “Məryəm Ana” heykəlinin açılış mərasimi keçirilib. “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, heykəlin hündürlüyü 55,6 metrdir (182 fut). Milyarder cütlük Qrazyna və Roman Karkosik tərəfindən maliyyələşdirilən abidənin əsas dini abidə və turistik məkana çevrilməsi planlaşdırılır.