Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarla təsdiqlənmiş "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın "56. Hüquq elmləri" bölməsinə yeni ixtisaslar əlavə olunub. Dəyişikliyə əsasən, doktorantura səviyyəsində aşağıdakı yeni hüquq ixtisasları yaradılıb: Ədalət mühakiməsi hüququ; Hava hüququ və hava məkanının təhlükəsizliyi; Mədəniyyət hüququ. Qərar 30 iyul 2026-cı il tarixində imzalanıb və hüquq elmləri üzrə doktorantura ixtisaslarının əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin