Ev almaq adı ilə gəldi, oğurluq etdi
Abşeronda evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və oğurluq edib.

Şərh verin