"Barselona"da ciddi İTKİ: 3 həftə oynamayacaq

İspaniya nəhəngi "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes ciddi zədə alıb. Milli.Az xəbər verir ki, o, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Klubun mətbuat xidməti məlumatına görə 22 yaşlı oyunçu  "Xetafe" ilə matçda zədələnib. 60-cı dəqiqədə meydana daxil olan futbolçu son saniyələrdə sol ayağında problem yaşayıb. Bildirək ki, Fermin Lopes bu mövsüm klubunun  heyətində 5 matçda 2 qolla yadda qalıb. Tural Milli.Az