Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı
İsmayıllıda Qızıləhmədi almanın yığımına başlanılıb. Milli.Az xəbər verir ki, bağ sahibləri bildirir ki, qiymətlər keçən ilkinə nisbətən ucuzdur: "Müştəri yoxdur. Keçən il 4-5 manata olan almaları bu 1 manata almaq istəmirlər heç. Yığıb saxlayırıq məhsulumuzu. Amma yenə də satış yoxdur". Fermerlər bildirirlər ki, əvvəllər tonla satırdıq, indi 100-200 kq sata bilirlər. Bazarlarda isə qiymət 1.50 və 3 manat arası dəyişir. Satıcılar da həmçinin, alıcıların zəif olduğunu bildirirlər. Aysel Əkbər Milli.Az

Şərh verin