Avroliqada gecənin nəticələri

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib. “Qafqazinfo” xəbər verir ki, oyunların hamısı eyni gündə keçirilib. “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Şkendiya” “Ludoqorets”ə qalib gəlib. UEFA Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar 21 avqust “Midtyülland” (Danimarka) – “KuPS” (Finlandiya) - 4:0 “Brann” (Norveç) – AEK (Kipr) - 2:1 “Malmö” (İsveç) – “Siqma” (Çexiya) - 3:0 “Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Kiyev, Ukrayna) - 3:1 “Panatinaikos” (Yunanıstan) – “Samsunspor” (Türkiyə) - 2:1 “Şkendiya”  (Makedoniya) – “Ludoqorets” (Bolqarıstan) - 2:1 “Jrinski” (Bosniya) – “Utrext” (Niderland) - 0:2 “Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə) - 0:1 “Lex” (Polşa) – “Genk” (Belçika) - 1:5 “Aberdin” (Şotlandiya) – FKSB (Rumıniya) - 2:2 “Riyeka”  (Xorvatiya) – PAOK (Yunanıstan) - 1:0 “Linkoln” (Cəbəllütariq) – “Braqa” (Portuqaliya) - 0:4 Qeyd edək ki, komandalar arasında cavab oyunları avqustun 28-də keçiriləcək.