Mərkəzi Hərbi Sanatoriyanın rəisi haqda həbs qərarı verildi — Yenilənib
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayor Haqverdiyev korrupsiyada ittiham olunur. Müdafiə Nazirliyinin müraciəti əsasında Sanatoriyanın rəisi barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb *** Əldə etdiyimiz məlumata görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə İ.Haqverdiyev barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sail Ağasəlim

Şərh verin