
“Onlar bir-birlərinə hər şeydən çox nifrət edirlər”
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və V olodimir Zelenski arasındakı qarşılıqlı düşmənçilik Moskva və Kiyev arasında sülh sazişinin bağlanmasına mane olur. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avstraliyanın baş naziri ilə nahar zamanı bildirib. “Bir-birinə həqiqətən nifrət edən iki lider olduğu üçün bu mürəkkəb oldu. Bilirsinizmi? Onlar bir-birlərinə hər şeydən çox nifrət edirlər və bu, işi olduqca mürəkkəb edir”, - ABŞ lideri deyib.
Şərh verin