Qırmızı kələm – Sağlamlıq üçün 5 vacib faydası

Qırmızı (bənövşəyi) kələm təkcə süfrələrə rəng qatmaqla kifayətlənmir, o, həm də sağlamlıq baxımından olduqca dəyərli tərəvəzdir. Həkim və dietoloqlar xüsusilə payız-qış aylarında bu tərəvəzin gündəlik rasionda yer almasını tövsiyə edirlər. Milli.Az xəbər verir ki, qırmızı kələmin orqanizm üçün 5 əsas faydası aşağıdakılardır: 1. Təbii antioksidant deposudur Qırmızı kələmdəki antosiantinlər orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur. Bu xüsusiyyət, onu xərçəng və ürək-damar xəstəliklərinə qarşı qoruyucu vasitə halına gətirir. 2. İmmunitet sistemini möhkəmləndirir Zəngin C vitamini tərkibi sayəsində bədənə infeksiyalara qarşı müqavimət verir, soyuqdəymə və qripə yoluxma riskini azaldır. 3. Həzm sisteminə faydalıdır Tərkibindəki liflər bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır və həzmi yüngülləşdirir. 4. Qan təzyiqinin tənzimlənməsinə kömək edir Qırmızı kələm kalium baxımından zəngindir. Bu mineral damarların genişlənməsini təmin edir və hipertoniya riskini azaldır. 5. Dəri və saçlara qulluqda dəstəkləyicidir Tərkibindəki A və K vitaminləri dərinin elastikliyini qoruyur, saç köklərini gücləndirir və qocalma prosesini ləngidir. Məsləhət: Qırmızı kələmi çiy salat şəklində və ya yüngül bişmiş formada qəbul etmək tövsiyə olunur ki, tərkibindəki faydalı maddələr maksimum qorunsun. Kənan Milli.Az