
“Qalatasaray” doğma meydanda qələbəyə sevindi
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının üçüncü turunda növbəti oyuna çıxıb. “Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin “Budyo Qlimt” komandasını 3:1 hesabı ilə məğlub edib. Ev sahiblərinin heyətində Viktor Osimhen dubl edib, digər qolu isə Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib. Bu nəticə ilə “Qalatasaray” turnir cədvəlində 6 xalla 11-ci pilləyə, “Budyo Qlimt” isə 3 xalla 26-cı yerə yüksəlib. Xatırladaq ki, Türkiyə təmsilçisi əvvəlki turda da öz meydanında İngiltərənin “Liverpul” klubunu minimal hesabla məğlub etmişdi.
Şərh verin