Daha bir güləşçimiz dünya çempionu oldu

Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar. “Qafqazinfo” xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib. Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov da (63 kq) dünya çempionu olmuşdu.