
Sevgilisini soyub yeni sevgilisinə hədiyyə aldı
Rusiyada qadın sevgilisini soyub pulları yeni sevgilisinə xərclədiyinə görə saxlanılıb. Milli.Az xəbər verir ki, Kamçatkada 53 yaşlı qadın birgə yaşadığı şəxsin bank kartından 280 min rubldan çox pul oğurlayaraq həmin vəsaiti yeni sevgilisinə hədiyyələr almağa sərf edib. Bu barədə regionun prokurorluğu məlumat yayıb. Məlumata görə, hadisə iyul ayında Petropavlovsk-Kamçatsk şəhərində baş verib. Qadın spirtli içki içmiş sevgilisinin kartını götürərək hesabdakı pulu çıxarıb və həmin məbləğə alkoqol, geyim və pnevmatik tüfəng alıb. Daha sonra bu əşyaları yeni sevgilisinə hədiyyə edib. İstintaq zamanı qadın ziyanın bir hissəsini ödəsə də, məhkəmə onu təqsirli bilib. Qadına iki il şərti azadlıqdan məhrumetmə və iki illik sınaq müddəti verilib. O, həmçinin keçmiş sevgilisinə 70 min rubl qaytarmalı olacaq. İsmayıl Milli.Az
Şərh verin