Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib. Milli.Az-ın məlumatına görə, Nəriman Qurbanov 65 yaşında qəfil dünyasını dəyişib. Əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov uzun illər dövlət qulluğunda çalışıb. O, müxtəlif illərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, eləcə də Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri vəzifələrində fəaliyyət göstərib. Qeyd edək ki, Nəriman Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi. Milli.Az

Şərh verin