"Recep İvedik" Türkiyədən GETDİ
Türkiyəli məşhur komediya aktyoru Şahan Gökbakar ölkəni tərk edib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ailəsi ilə bağlı bu addımı atıb. Aktyor uşaqları Dəniz Efe və Elanın İngiltərədə təhsil alması üçün həmin ölkəyə köçməyi qərara alıb. Şahan Gökbakar ailəsi ilə birgə artıq Londonda özünə məskən salıb. Xatırladaq ki, aktyor məşhur "Rəcəb İvedik" obrazı ilə geniş kütlə tərəfindən tanınıb. Hüseyn Milli.Az

Şərh verin