“Yol dağılıb, işıq yoxdur...” - Binəqədidə məhəlləni bərbad hala saldılar

Binəqədi rayonu Göydələn küçəsində aparılan qazıntı işləri məhəllədə bərbad vəziyyət yaradıb. Bir neçə aydır başlanan işlərin yekunlaşmaması sakinləri narahat edir. Bəs işlər nə zaman yekunlaşacaq? Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, əvvəl bu küçədə asfalt olub. İndi yolun dağılmasından əlavə təhlükəsizlik tədbirlərinə aid heç bir iş yoxdur: "Hər dəfə bu yolda çökəyə düşürük. Gecələr işıq olmur. Çox narahatıq bu vəziyyətdən. Həmçinin, maşının altı sürtür. Heç bir tədbir də görülmür". Sözügedən problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, qeyd olunan ərazidə tullantı su xəttində qəza ilə bağlı bərpa işləri görülüb. Xəttin üzəri yaxın günlərdə doldurulacaq. Aysel Əkbər Milli.Az