Ukraynada qatarda qumbara partladıldı — 4 ölü, 12 yaralı

Ukraynanın Jitomir vilayətində naməlum şəxs qatarda qumbara partladıb. “Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, həmin şəxs sənədlərin yoxlanılması zamanı qumbaranı işə salıb. Ovruç şəhərində baş verən hadisə nəticəsində 4 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb.