Zelenski Kralla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya kralı III Çarlzla görüşüb. “Qafqazinfo” “RBK-Ukraina” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb. Görüş Dauninq-stritdə baş tutub. Xatırladaq ki, bu gün Londonda Rusiya ilə münaqişədə Ukraynaya dəstəyi gücləndirməyi vəd etmiş “qərarlılar koalisiyası”nın görüşü baş tutacaq.