Bakıda parkda yıxılan 14 yaşlı oğlan öldü
Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində ölümlə nəticələnən hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, noyabrın 18-i saat 19 radələrində qəsəbədə yerləşən parkda 2011-ci il təvəllüdlü Qəhrəman Tural oğlu Əlişanlı huşunu itirərək yıxılıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib. Yeniyetmənin yıxılma və ölüm səbəbi hələlik müəyyənləşməyib. Faktla bağlı araşdırma aparılır.

Şərh verin