Yeni yaradılan Təşkilat Komitəsinin sədri Samir Şərifov oldu — Sərəncam
Prezident İlham Əliyev 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini Təşkilat Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının gənclər və idman naziri Təşkilat Komitəsinin üzvləri: Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı. Sərəncamla 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib. Təşkilat Komitəsi 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Şərh verin