Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib. Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərh verin