Bu il onları itirdik...

2025-ci il yaddaşımıza xoş xatirələrlə yanaşı, həm də böyük itkilərin ili kimi həkk olundu. Hakimiyyət kürsülərindən səhnələrə qədər uzanan bu itkilər zamanın heç kəsə güzəşt etmədiyini göstərdi. Bu il müxtəlif sahələrdə tanınmış, fəaliyyəti ilə cəmiyyətin yaddaşında iz qoymuş şəxsləri itirdik... “Qafqazinfo” bu il vəfat edən azərbaycanlı ictimai-siyasi və mədəniyyət xadimlərinin siyahısını təqdim edir: Yanvarın 5-də 39 yaşlı aktyor Azər Baxşəliyev Yanvarın 15-i 45 yaşlı aktrisa Çimnaz Sultanova Fevralın 17-si Ədalət Partiyasının sədri 87 yaşlı İlyas İsmayılov Martın 16-da 74 yaşlı Xalq artisti Ənvər Həsənov Martın 16-sı 76 yaşlı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Martın 17-də rəssam 79 yaşlı Nağdəli Xəlilov İyunun 23-ü 73 yaşlı təhsil eksperti Nadir İsrafilov İyulun 8-də 29 yaşlı şair Həsən Kür İyulun 24-ü 83 yaşlı sabiq deputat Xanhüseyn Kazımlı Avqustun 1-də 87 yaşlı Xalq artisti Arif Babayev Avqustun 2-si Şəki Dövlət Dram Teatrının 63 yaşlı aktrisası Brilyant Babayeva Avqustun 3-də 82 yaşlı Xalq yazıçısı Elçin Əfəndiyev Avqustun 13-də 68 yaşlı şair, jurnalist Kəramət Şükürov Avqustun 14-ü 63 yaşlı yazıçı, prodüser Vüqar Tapdıqlı Avqustun 16-sı 98 yaşlı yazıçı Vidadi Babanlı Avqustun 19-da 85 yaşlı şair Məmməd İsmayıl Avqustun 20-si 86 yaşlı şair Arif Əbdüloğlu Avqustun 27-də 47 yaşlı siyasi şərhçi Rüstəm Qaraxanlı Sentyabrın 8-də 77 yaşlı Xalq rəssamı Nazim Bəykişiyev Sentyabrın 13-də 86 yaşlı Xalq artisti Hacı Murad Yagizarov Sentyabrın 20-də AzTV-nin keçmiş sədri Məmməd Murad Sentyabrın 20-si 83 yaşlı hərbi jurnalist, nasir Şəmistan Nəzirli Sentyabrın 23-də k əşfiyyatçı Xanı kimi tanınan 54 yaşlı Səyyaf Əhmədov minaya düşərək həlak olub. Sentyabrın 29-u 49 yaşlı Əməkdar artist Cabir İmanov Oktyabrın 3-də 75 yaşlı sabiq səhiyyə naziri Oqtay Şirəliyev Oktyabrın 9-da 89 yaşlı Xalq artisti Əminə Yusifqızı Oktyabrın 11-də general-mayor Rasim Əliyev Oktyabrın 13-də 71 yaşlı şair Əlisəmir Kür Oktyabrın 14-də 64 yaşlı sabiq icra başçısı Ayvazalı Orucov Oktyabrın 15-də 78 yaşlı Xalq artisti Ramiz Quliyev O ktyabrın 16-da 86 yaş lı pambıq ustası Fatma Hüseynova Oktyabrın 16-da 46 yaşlı əməkdar artist Rəşad Bəxtiyarov Oktyabrın 21-də Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev Oktyabrın 23-də ilahiyyatçı-alim Fazil İsmayılov Noyabrın 6-da 73 yaşlı Əməkdar artist Vahid Əliyev Noyabrın 11-də 96 yaşlı Xalq artisti, rəqqasə Roza Cəlilova Noyabrın 18-də 66 yaşlı Əməkdar artist Yadigar Muradov Noyabrın 22-si bir müddət əvvəl fəaliyyətinə son verilmiş Azadlıq Partiyasının 66 yaşlı sədri Əhməd Oruc Noyabrın 22-si 53 yaşlı şair, qəzəlxan Arif Buzovnalı Dekabrın 9-da Əməkdar məşqçi Rəayət Abdalov Dekabrın 12-si 80 yaşlı sabiq icra başçısı Sərdar Məmmədov Dekabrın 14-ü 84 yaşlı sabiq dövlət müşaviri Vahid Axundov Dekabrın 17-si bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov Hazırladı : Nuranə Daxilqızı