“Vaşinqton artıq cinayətdən azaddır”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda cinayət üzərində qələbə qazanıldığını bəyan edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Milli Qvardiya üzvləri ölkənin paytaxtı Vaşinqtonu 12 gün ərzində cinayətdən azad edib: "Vaşinqton artıq cinayətdən azad zonadır". Xatırladaq ki, avqustun 11-də D.Tramp artan cinayət halları ilə mübarizə üçün Milli Qvardiya dəstələrinin Vaşinqtona göndəriləcəyini açıqlamışdı. Milli.Az