“Qarabağ”ın rəqibi də 3 qolla qalib gəldi
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə də 9 matç keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Almaniya “Ayntraxt”ını qəbul edib və 3:2 hesablı qələbə qazanıb. Türkiyə “Qalatasaray”ı İstanbulda “Atletiko”nu sınağa çəkib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. “Çelsi” “Pafos”a, “Bavariya” “Yunion”a, “Yuventus” “Benfika”ya qalib gəlib. “Qarabağ”ın son - 8-ci turdakı rəqibi “Liverpul” isə “Marsel”in qonağı olub və böyükhesablı qələbə qazanıb - 3:0. Qeyd edək ki, reqlamentə əsasən, turnirdə 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcəklər. Ötən gecə “Arsenal” 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk komanda olmağı bacarıb. “Vilyarreal” və “Kayrat”ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur 21:45. “Qarabağ” (Azərbaycan) – “Ayntraxt " (Almaniya) - 3:2 21:45. “Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) - 1:1 00:00. “Atalanta” (İtaliya) – “Atletik” (İspaniya) - 2:3 00:00. “Çelsi” (İngiltərə) – “Pafos” (Kipr) - 1:0 00:00. “Bavariya” (Almaniya) – “Yunion" (Belçika) - 2:0 00:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya) - 2:0 00:00. “Nyukasl” (İngiltərə) – “PSV” (Niderland) - 3:0 00:00. “Marsel” (Fransa) – “Liverpul” (İngiltərə) - 0:3 00:00. “Slaviya Praqa” (Çexiya) – “Barselona” (İspaniya) - 2:4.

Şərh verin