Gəncədə sərnişin avtobusu piyadanı vurdu
Gəncədə sərnişin avtobusu piyadanı vurub. Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində 5 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü N.Zeynalovanı vurub. Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yeləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin