Polis silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, yanvarın 22-si polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng aşkar edib. Bundan başqa, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb. Tədbirlər davam etdirilir.