Qonşusunun damını təmir edərkən yıxılmışdı — 15 gün sonra öldü

Lənkəranda hündürlükdən yıxılan kişi xəstəxanada ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 7-si Liman şəhərində baş verib. Şəhər sakini 1971-ci il təvəllüdlü Çingiz Ağamalı oğlu Əliyev həmin gün qonşusuna məxsus evin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Ç.Əliyev yanvarın 22-si vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.