Daha bir ölkədə səfirliyimiz açılacaq
Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək. Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi komitədə müzakirə ediləcək. Milli.Az

Şərh verin