Şəbnəm Rusiyadan deportasiya edilib? - VİDEO

Müğənni Şəbnəm Tovuzlunun Rusiyadan deportasiya edildiyi iddia olunub. Milli.Az xəbər verir ki, bununla bağlı şayiələrə Şəbnəm özü cavab verib. O, video paylaşaraq xəbərlərin yalan olduğunu söyləyib: "Şayiələr yayırlar ki, "Şəbnəm xanım deportasiya edilib". Allah etməsin. Heç vaxt elə bir şey olmasın. Hazırda da Qazaxıstandayıq, Aktau şəhərindəyik. Hava limanında hər kəsi saxlayırlar, tək mənim başıma gəlmir. İki-üç saat saxlayırlar. Pasportumu yeniləmişdim, demək olar, yer qalmamışdı. Bu da onların diqqətini çəkmişdi. Sabah da Rusiyada toydayıq. Demək olar ki, toylarımız oradadır. Bir də belə bir şey olmasın". Milli.Az