Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi — 2-si azyaşlıdır+Yenilənib
Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib. İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər. Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. *** TƏBİB hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına və Uşaq Xəstəxana 4 nəfər (2 kişi, 2 qadın) hospitalizasiya olunub: “Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”. Ziya Əmirxanlı

Şərh verin