İranın gələcək Ali Lideri postu üçün üç uyğun namizədi var

ABŞ Prezidenti Donald Tramp İranın gələcək Ali Lideri postu üçün üç uyğun namizədin olduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə “New York Times”a müsahibəsi zamanı qeyd edib. Ağ Ev rəhbəri namizədlərin konkret adlarını açıqlamaqdan imtina edib. Xatırladaq ki, İranın Ali Lideri Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin ölkəyə zərbələri zamanı öldürülüb. İran Ali Liderinin səlahiyyətlərini müvvəqqəti olaraq din xadimi Ayətullah Əlirza Ərafi icra edəcək.