“Real”dan gözlənilməz məğlubiyyət
İspaniya La Liqasında 26-cı tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, turun son matçında “Real” öz meydanında “Xetafe”ni qəbul edib. Qarşılaşma gözlənilmədən qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Ardıcıl ikinci oyununda uduzan “Real” hazırda 60 xalla ikinci pillədə qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 4 xal geri qalır. “Xetafe” isə xallarının sayını 32-yə çatdırmaqla 11-ci yerə yüksəlib.

Şərh verin