Qızılın qiyməti ucuzlaşdı

Əmtəə birjalarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. Milli.Az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 0,73% azalaraq 4 039,9 ABŞ dollarına düşüb. Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçersləri də ucuzlaşıb. Belə ki, qiymət 0,51% azalaraq 58,81 ABŞ dolları təşkil edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)