Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - (Video)
Türkiyəli müğənni Mahsun Kırmızıgül konsert zamanı sərgilədiyi səmimi davranışı ilə izləyicilərin rəğbətini qazanıb. Milli.Az xəbər verir ki, çıxışı zamanı səhnəyə gələn daun sindromlu qızı geri çevirməyən sənətçi onu tək qoymayıb. Mahsun Kırmızıgül balaca pərəstişkarı ilə birlikdə rəqs edərək onun sevincinə şərik olub. Səhnədə yaşanan duyğusal anlar tamaşaçıların gur alqışları ilə qarşılanıb. Konsertdə olanlar həmin məqamları mobil telefonları ilə lentə alaraq sosial şəbəkələrdə paylaşıblar. Qısa zamanda yayılan görüntülər internet istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bir çox izləyici Mahsun Kırmızıgülün həssas və humanist davranışını yüksək qiymətləndirərək sənətçiyə xoş sözlər ünvanlayıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin