Mahir əlavə dəqiqələrdə tilsimi qırdı — Video
Azərbaycan millisinin üzvü Mahir Emreli formasını “Kayzerslautern”da uzun fasilədən sonra qol vurmağa nail olub. “Qafqazinfo” xəbər verir ki, Mahir Almaniya 2-ci Bundesliqasının 26-cı turunda “Karlsruhe” ilə görüşün 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub. Qeyd edək ki, matç “Kayzerslautern”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Mahir Emreli sonuncu qolunu ötən il avqustun 17-də Almaniya Kubokunda “Ayntraxt 1949”un qapısına vurmuşdu.

Şərh verin