Əli Əsədov Ulu Öndərin məzarını ziyarət etdi
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

Şərh verin