Yenə nümunə oldular — Video
2026-cı il Dünya Çempionatı zamanı yapon azarkeşlər bir daha nümunəvi davranışları ilə diqqət mərkəzinə düşüblər. “Qafqazinfo” xəbər verir ki, Yaponiya – Niderland qarşılaşmasının (2:2) başa çatmasından sonra tribunaları tərk etməyə tələsməyən yaponiyalı azarkeşlər oturduqları əraziləri təmizləyərək zibilləri toplayıblar. Onlar stadionu səliqəli vəziyyətdə saxlamaq üçün xüsusi torbalardan istifadə edərək tullantıları yığıblar.

Şərh verin