Evlərə bu yolla girib 25 min manat oğurlayan şəxs tutuldu - VİDEO
Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib. Milli.Az xəbər verir ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb. Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb. Araşdırmalar davam etdirilir. Milli.Az

Şərh verin