“Azeri Light”ın qiyməti 118 dollara düşdü
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. “Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftimizin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 5,77 % azalaraq 118,56 ABŞ dolları təşkil edib. Qeyd edək ki, neftimiz ötən gün 125,83 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Şərh verin