Bakının 2 rayonunda qaz kəsiləcək
Sabah bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq. Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə sabah saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə "MİDA" yaşayış kompleksinin və "Sahil" yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq. Milli.Az

Şərh verin