Türkiyənin xüsusi nümayəndəsi Ermənistandadır — Video

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanda səfərdədir. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, S.Kılıçı “Marqara” nəzarət-buraxılış məntəqəsində Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan qarşılayıb. Türkiyə nümayəndəsi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.