Bakıda parkda meyit tapıldı

Bakıda parkda naməlum kişi meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 23-ü saat 02 radələrində Nizami rayonu Qara Qarayev prospekti 71 ünvanında yerləşən parkda baş verib. Üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin kimliyi raşdırılır.