Tramp İrana üç gün vaxt verdi
ABŞ Prezidenti Donald Tramp İranın neft infrastrukturunun çökməsinə üç gün qaldığını bəyan edib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. Trampın sözlərinə görə, ABŞ və İran arasındakı münaqişədə bütün üstünlüklər Amerikanın tərəfindədir. “İranın neft infrastrukturunun süqutuna təqribən üç gün qalıb”, — deyə ABŞ prezidenti vurğulayıb. Həmin müsahibədə Donald Tramp İranla münaqişənin ABŞ-nin qələbəsi ilə başa çatacağını anons edib: “Biz böyük iş görmüşük və bütün bunlar çox yaxında bitəcək”.

Şərh verin